Doğuş 5 milyonluq layihədən niyə imtina edib?

19:00 - 13 İyun 2021 - MAQAZİN

 Teleaparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli pop ifaçısı Doğuş imtina etdiyi layihələrdən danışıb. 

“Sherg.az” Türkiyə mediasına istinadən bildirir ki, bu günlərdə İstanbulun Etilər məhəlləsində alış-verişə çıxmış müğənni bəzi geyim əşyaları aldıqdan sonra qəhvə fasiləsinə “çıxıb”,  bu zaman da müxbirlərin suallarını cavablandırıb. Koronavirus pandemiyası səbəbindən 129 konsertini ləğv etdiyini deyən 46 yaşlı popçu, Azərbaycandan yeni qayıtdığını, orada olarkən koronavirusa qarşı peyvənd vurdurduğunu söyləyib.

Doğuş hazırda Livandakı dostlarıyla  ortaq layihə üzərində çalışdığını və bu layihəyə görə  5 milyonluq reklam anlaşmasından imtina etdiyini deyib. “Tez bir zamanda səhnələrə dönmək istəyirəm. Çoxları ingilis dilində oxuduqları mahnılarla yurd dışına çıxmağa çalışır, mən türkcə mahnılarımla dünyaya açılacağam”.
 
Doğuşla Xoşqədən Hidayətqızı bu günlərdə əkizləri Arda ilə Arının 5 yaşlarını qeyd ediblər. Sosial şəbəkədə xoşbəxt saatlarının göüntülərini paylaşan Doğuş bu sözləri yazıb:
 
 
 
“Məsumlarım bu gün 5 yaşını tamamladı. Mən o yaşlarda xoşbəxt deyildim. Mutsuzdum. Zaman-zaman “kaş ki, Arın, ya da Arda olsam...” deyirəm. Cənnət gözlü mələklərim. Sanki dünən idi. Sizi ananızın qucağına mən verdim.  Baxmayaraq ki, Arın bizə zor anlar yaşatdı, 21 gün küvəzdə qaldığı zaman. Ananızla hər gün dua etdik, qovuşduq sonunda.  Bunu demək istəyirəm” sizi çox sevirik, sevimlilər...”. 

Xəbər xətti