Şəmkir rayonunda Kür çayında batan yeniyetmələrin şəxsiyyəti məlum olub.
Rayonun Qaracaəmirli kənd sakinləri olan 2006-ci il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci təvəllüdlü Məmmədov Yusif Araz oğlu Kür qəsəbə ərazisidə Kür çayında çimərkən boğulublar.
Azyaşlıların ataları əmioğludur.
Hazırda onların cəsədləri axtarılır.///qafqazinfo
***
Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfər batıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayında 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.