Koronavirus vaksini vurduranlara avtomobil veriləcək

15:00 - 13 İyun 2021 - Xəbər

Moskvada iyunun 14-dən iyulun 11-dək COVID-19 əleyhinə ilk dəfə peyvənd olunan vətəndaşlar avtomobil tirajının iştirakçısı olacaqlar.

Ucnoqta.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə paytaxt meri Sergey Sobyanin öz bloqunda məlumat verib. O, vaksin vurulmasını sürətləndirmək üçün 18 yaşından yuxarı vaksin vurduran vətəndaşlar arasında çəkiliş ediləcəyini və seçilənə avtomobil hədiyyə ediləcəyini bildirib.

Həftədə bir dəfə, təqribən 1 milyon rubl dəyərində olan 5 avtomobil oynanılacaq. Mer düşünür ki, bu addımından sonra Moskva əhalisi sürətli şəkildə vaksinasiya olunacaq.

Aysel

Xəbər xətti