AVRO-2020: Bu gün daha 3 oyun keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.

Qarşılaşmaların ikisi C, biri isə D qrupunda baş tutacaq.
Günün ilk matçı D qrupunda İngiltərə və Xorvatiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək. İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da, ikinci oyun isə Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da start götürəcək.

Avropa çempionatı
C qrupu, I tur

20:00. Avstriya - Şimali Makedoniya

23:00. Niderland - Ukrayna

D qrupu

17:00. İngiltərə - Xorvatiya

Qeyd edək ki, A qrupunun İsveçrə - Uels matçına (1:1) ev sahibliyi edən Bakı Olimpiya Stadionunda Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.///report

Tarix
13 İyun 2021 [08:17]
Müəllif
Üç nöqtə
2021-06-13 08:17:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin