Paşinyan Lavrovun vəzifəsini unutdu, arvadı güldü

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu əvvəlcə prezident, sonra isə baş nazir adlandırıb. “Report” xəbər verir ki, hadisə Qexarkunikdə seçkiqabağı mitinqdə çıxış zamanı olub. Paşinyan 15 erməni hərbçinin Azərbaycandan buraxılması və mina xəritəsinin verilməsindən danışıb. " Nə vaxt ki, prezident... Rusiyanın baş naziri Sergey Lavrov Yerevana gəldi və bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri minalı ərazilər haqqında informasiya ilə bağlı çağırışla çıxış etdi...", - Paşinyan deyib. Bu zaman onun arxasında dayanan xanımı Anna Akobyan və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan Paşinyana gülüblər. Paşinyan hərbçilərin qaytarılmasına görə ABŞ-a, Gürcstan rəhbərliyinə və Avropa üzrə müttəfiqlərə təşəkkür edib.
Tarix
13 İyun 2021 [06:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-13 06:49:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin