Oğuzda ev yanaraq kül oldu - Foto

21:25 - 12 İyun 2021 - HADİSƏ

Oğuz rayonunda yanğın hadisəsi baş verib.

Hadisə axşam saatlarında rayonun Calut-1 qəsəbəsində, yerli sakin Rəşad Rüstəmova evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirıliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyinə baxmayaraq, ümumi sahəsi 50 kv/m olan ev yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti