Goranboyda azyaşlı uşaq qaynar qazana yıxılıb

18:48 - 12 İyun 2021 - HADİSƏ

Goranboyda yaş yarımlıq uşaq qaynar mürəbbə qazanına düşüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndində baş verib.

Ehtiyatsızlıq səbəbindən 2020-ci il təvəllüdlü kənd sakini Alıyeva Məleykə Baxış qızı mürəbbə bişirilən qaynar qazana yıxılıb. Sağ said və sağrı nahiyələrindən texniki yanıq xəsarətləri alan körpə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti