Bakıda ağır qəza - iki avtomobil toqquşub, xəsarət alan var

08:00 - 12 İyun 2021 - HADİSƏ

Bu gecə paytaxt Bakıda daha növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Xəzər rayonunda iki avtomobil toqquşub. Yol qəzası nəticəsində 1976-cı il təvəllüdlü Əzizova Nazimə Ağarza qızı xəsarət alıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti