Mingəçevirdə Kür çayına yıxılan yeniyetmə xilas edilib

14:46 - 11 İyun 2021 - HADİSƏ

Mingəçevirdə yeniyetmə oğlan körpüdən Kür çayına yıxılıb.

APA-nın məlumatına görə, hadisə çayın üzərindəki nəqliyyat körpüsündə baş verib.

15-16 yaşlı yeniyetmə oğlan ehtiyatsızlıq səbəbindən körpüdən çaya yıxılıb. Yeniyetmə ərazidə olan qayıqçılar tərəfindən dərhal sudan çıxarılıb. Sahilə çıxarılandan sonra ona ilkin yardım göstərilib, durumu stabildir.

 

Xəbər xətti