Qara dənizdə MiQ-29 qırıcısı qəzaya uğrayıb - pilot həlak olub

07:17 - 11 İyun 2021 - HADİSƏ

Qəzaya uğrayan Bolqarıstan qırıcı təyyarəsinin pilotu həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Axtarış əməliyyatları zamanı MiQ-29 qırıcısının pilotu mayor Valentin Terziyevin 9 iyunda təlim uçuşu zamanı baş verən qəzada həlak olduğu müəyyən edilib", - MN-dən bildirilib.

Qeyd edək ki, təyyarə ilə əlaqə Qara dəniz üzərində təlim uçuşu zamanı kəsilib. Təyyarə dənizə düşüb.

Xəbər xətti