İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə İsmayıllı rayonunda Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı ət satışının antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirmələri, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilib.

 

Tarix
10 İyun 2021 [16:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-10 16:35:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin