Sumqayıtda 4 gün əvvəl avtomobilin vurduğu 16 yaşlı oğlan ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada 4 gün sonra xəstəxanada ölüb.

APA-nın məlumatına görə, iyunun 6-da şəhərin Sahil küçəsində 2005-ci il təvəllüdlü İlyasov Rəsul Arif oğlunu " Mercedes" markalı avtomobil vurub.

16 yaşlı gənc ağır bədən xəsarətləri alaraq əvvəlcə Sumqayıtda xəstəxanaya yerləşdirilib. Daha sonra R. İlyasov vəziyyəti ağırlaşdığından Bakıda özəl klinikalardan birinə göndərilib.

Lakin həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb və bu gün ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Tarix
10 İyun 2021 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-10 14:14:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin