Qəbələdə 59 yaşlı kişi ağacdan yıxılaraq ölüb

12:07 - 10 İyun 2021 - HADİSƏ

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Xırxatala kəndində baş verib.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Qafqaz İsayev həyətindəki ağacdan gilas yığarkən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti