Polşada Rusiyaya casusluq edən keçmiş jurnalist həbs olunub

11:28 - 10 İyun 2021 - DÜNYA

Polşanın Daxili Təhlükəsizlik Agentliyi Rusiyanın xeyirinə casusluqda ittiham olunan Yanuş N. adlı keçmiş jurnalisti (yerli qanunlara əsasən soyadı açıqlanmır) həbs edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Dövlət Prokurorluğu məlumat yayıb.

O, mayın 31-də saxlanılıb. Yanuş N-nin yaşadığı mənzildə axtarış zamanı 300 min zlot (84 min dollar) aşkarlanıb.

Prokurorluqdan bildirilib ki, o, Rusiya kəşfiyyat əməkdaşlarının tapşırığı üzrə Polşa və xarici siyasətçilər, o cümlədən Avropa Parlamentində işləyənlərlə təmas qurmalı imiş: “Təqsirləndirilən şəxs Polşanın Avropa İttifaqında və beynəlxalq arenada mövqeyini zəiflətmək məqsədi ilə Avropa İttifaqı və başqa ölkələrdə Rusiyanın tapşırığını yerinə yetirib”.

Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İttihamlar təsdiqlənəcəyi halda Yanuş N-ni 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xəbər xətti