Gəncədə 32 yaşlı kişi bıçaqlanıb

10:04 - 10 İyun 2021 - HADİSƏ

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un məlumatına görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Anar Məmmədov tanımadığı şəxs tərəfindən mübahisə zamanı kürəyindən 2 bıçaq zərbəsi alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyən edilməsi və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti