Bulvarda intihara cəhd edən qız xilas edildi - VİDEO

09:14 - 10 İyun 2021 - HADİSƏ

Bakıda dənizkənarı milli park ərazisində intihara cəhd edən gənc qız ətrafdakı insanlar tərəfindən xilas edilib.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Bildirilir ki, xilas edilən qızın anası sonradan ətrafdakı insanlar tərəfindən hadisə yerinə çağrılıb.

Hadisə yerinə həmçinin təcili tibbi yardım xidməti də gəlib və gənc qıza ilkin tibbi yardım göstərib. 

 

Xəbər xətti