Bakıda minik avtomobil sərnişin avtobusuna çırpılıb - Foto

00:27 - 10 İyun 2021 - HADİSƏ

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobili dayanacaqda dayanan 81 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.

Xəbər xətti