Bakıda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

22:46 - 9 İyun 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, Zığ şosesində üç avtomobil toqquşub. Qəzaya uğrayan avtomobillərdən biri sonradan velosipedə çırpılıb. Hadisə nəticəsində bir neçə nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti