Salyan sakini dənizdə batıb

20:28 - 9 İyun 2021 - HADİSƏ

Salyan rayon sakini dənizdə batıb. "Report" xəbər verir ki, Salyan rayonunun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xamis Xəlilov motorlu qayığı ilə balıq ovuna çıxdıqdan sonra dənizdə batdığı ehtimal edilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti