Makron şillələnməsindən danışdı - Video

09:15 - 9 İyun 2021 - DÜNYA

Fransa Prezidenti Emmanuel Makron meydandanda məruz qaldığı hücumla bağlı jurnalistlərə açıqlama verib.

O, bundan sonra həyatına hər hansı təhlükənin olub-olmaması barədə verilən sualları cavablayıb.
“Həyatıma təhlükə yoxdur. Mən onunla (sillə vuran şəxs – red.) birlikdə olan insanları salamlamağa davam etdim və foto çəkdirdim. Davam etdim və davam edəcəyəm. Məni heç nə saxlaya bilməz”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, E.Makron Drom şəhərində sakinlərlə görüşdə naməlum kişi tərəfindən şillələnib.


​///publika.az

Xəbər xətti