Bakıda ağır qəza: Yolu keçən 11 yaşlı uşağı avtomobil vurdu

08:48 - 9 İyun 2021 - HADİSƏ

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb.
Yolu keçən 2010-cu il təvəllüdlü Mirzəyev Əbəlfəz Tərlan oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

11 yaşlı uşağın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti