Ağdamda 43 yaşlı kişi itkin düşüb - Foto

00:35 - 9 İyun 2021 - HADİSƏ

Ağdamda 43 yaşlı kişi itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Seyidli kənd sakini Hətəmxanov Cəsarət Səyyaf oğlu hazırda yaşadığı rayonun Quzanlı qəsəbəsindən işlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib.
C.Hətəmxanovu görən şəxslərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və onun atası Səyyafa Hətəmxanova məxsus (050) 302 3563 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.

Xəbər xətti