37 yaşlı qadın 10 uşaq dünyaya gətirdi

Cənubi Afrika Respublikasından (CAR) olan 37 yaşlı Qosiame Sitole eyni vaxtda 10 uşaq dünyaya gətirib və bununla da Ginnesin Rekordlar Kitabına düşüb.

APA xəbər verir ki, bu barədə “Pretoria News” qəzeti məlumat yayıb.
Ultrasəs müayinəsi Ekuruleni şəhər sakininin səkkiz uşaq gözlədiyini göstərsə də, qeysəriyyə əməliyyatı nəticəsində yeddi oğlan və üç qız dünyaya göz açıb.

Bundan əvvəl qadın artıq əkiz uşağın anası olmuşdu. Yerli həkimlər faktı təsdiqləyəcəyi təqdirdə Qosiame eyni vaxtda ən çox uşaq dünyaya gətirən ana kimi tarixə düşəcək.

Ginnesin Rekordlar Kitabında qeydə alınmış əvvəlki nailiyyət may ayında doqquz uşaq dünyaya gətirən Mali sakininə məxsus idi.

Tarix
8 İyun 2021 [22:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-08 22:04:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin