Hindistanda bir gündə 20 nəfəri ildırım vurub öldürdü

10:15 - 8 İyun 2021 - HADİSƏ

Hindistanın Qərbi Benqal ştatında ildırım vurması nəticəsində bir gündə ən azı 20 nəfər ölüb, üç nəfər yaralanıb.

Trend-in məlumatına görə, hadisə ştatın üç müxtəlif bölgəsində baş verib.
"İldırım vurması nəticəsində Murşidabad bölgəsində doqquz, Huqlidə bölgəsində doqquz və Purba Medinipur bölgəsində iki sakin ölüb", - məlumatda deyilir.

Yaralılar yerli xəstəxanaya çatdırılıblar.
Hindistan Baş naziri Narendra Modi hadisə ilə bağlı ölənlərin ailə üzvlərinə başsağlığı verib və onlara maddi yardımediləcəyini bildirib.

Xəbər xətti