Nəsimi rayonunda yol qəzası olub, xəsarət alan var

08:51 - 7 İyun 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb. A.Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsində iki avtomobilin toqquşması zamanı 1993-cü il təvəllüdlü Osmanov Rüsif Zaqan oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti