Bakıda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Abbasqulu ağa Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində iki avtomobil toqquşub. Hadisə yerinə təcili-tibbi yardım briqadası və yol polisi xidməti əməkdaşları cəlb olunub. Qəza səbəbindən küçədə sıxlıq yaranıb.
Xəsarət alan və yaralananlar barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Nərminə Əli