İsraildə qapalı məkanlarda maska məcburiyyəti ləğv edilir

21:28 - 6 İyun 2021 - DÜNYA

İsraildə koronavirusa görə tətbiq olunan qapalı məkanlarda maska taxma məcburiyyəti iyunun 15-dən etibarən ləğv ediləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Yuli Edelşteyn deyib.
O bildirib ki, gündəlik yoluxma sayındakı azalma adavam etsə, qapalı məkanlarda da maska taxmağa ehtiyac olmayacaq.

Qeyd edək ki, İsrail əhali sayına görə ən çox vaksin vurulan ölkədir. Burada bir müddət öncə açıq havada maska taxmaq məcburiyyəti ləğv olunmuşdu.

Xəbər xətti