Bakıda üçmərtəbəli evdə yanğın olub

20:20 - 6 İyun 2021 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli evdə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 618 kvadrat metr olan (hər mərtəbəsi 206 ) üçmərtəbəli evin ikinci mərtəbəsində pəncərə altlığı 0,5 kvadrat metr sahədə və bir ədəd kondisioner, üçüncü mərtəbəsində ayrı-ayrı otaqlarda 6 kvadrat metr sahədə məişət əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər xilas olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Xəbər xətti