Gürcüstanda maşın bazarında yanğın - 20-yə yaxın avtomobil külə dönüb

15:34 - 6 İyun 2021 - HADİSƏ

Gürcüstanın Rustavi şəhərində yerləşən avtomobil bazarında yanğın olub.

“Report”un yerli bürosu xəbər verir ki, yaxınlıqdakı qida obyektində baş verən yanğın bazardakı nəqliyyat vasitələrinə keçib.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın artıq lokallaşdırılıb.

İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur.
Hadisə zamanı 20-yə yaxın avtomobilin yandığı bildirilir.

Xəbər xətti