ABŞ-da sərnişinlər sürücüsüz avtomobildə gəzəcəklər

ABŞ-ın Kaliforniya ştatının Kommunal Müəssisələr üzrə Komissiyası "Cruise" şirkətinə pilotsuz sərnişin avtomobilləri üzrə ilk proqramda iştirak səlahiyyəti verib.

“Report”un “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə komissiya bildirib.
"Cruise” CPUC pilotsuz proqramın ilk iştirakçısıdır. Proqrama əsasən sərnişinlər sürücüsüz test avtomobilində gəzə bilərlər. “Cruise” sərnişinlərdən test nəqliyyatında səfərlər üçün gediş haqqı almaya bilər", - xəbərdə deyilir.

Komissiya rəhbərliyi pilotsuz proqramda iştirak etmək üçün ilk icazənin verilməsinin diqqətəlayiq mərhələ olduğunu və sürücüsü olmayan avtomobillərin hərəkət ehtiyaclarını qarşılayarkən yol təhlükəsizliyini artıracağını söyləyib.

Qeyd edilir ki, “Cruise”in avtomobilləri yoxlamaq icazəsi var idi, amma şirkət indi sənədlə nəqliyyat vasitələrini sərnişinlərə vermək hüququ qazanıb.
ABŞ-da pilotsuz avtomobillərdən istifadəyə bir müddət əvvəl icazə verilib.

Tarix
5 İyun 2021 [09:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-05 09:51:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin