Bakıda “Ferrari” qəzaya uğradı - FOTO

16:51 - 4 İyun 2021 - HADİSƏ

“Ferrari” pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran Prisinin ikinci test yürüşündə sıradan çıxıb.

Oxu.Az-ın xəbərinə görə, Monakodan olan pilot 15-ci döngə zamanı bolidində yaranan problem səbəbindən divara çırpılıb.

 

 

Qeyd edək ki, daha əvvəl “Vilyams”ın pilotu Nikolas Latifi idarə etdiyi bolidin mühərrikində yaranan problem üzündən yürüşü dayandırıb. 

Xəbər xətti