Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Qardaşovun idarə etdiyi “Audi” və Gürcüstan vətəndaşı Rafiq İsmaylovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən R.İsmaylov orada ölüb, sərnişini paytaxt sakini Ə.Əliyevin vəziyyəti ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.///Apa