Türkiyənin məşhur aktrisası Ezgi Molaya dəstək olan 16 tanınmış sima məhkəməyə verilib.
Hazal Kaya, Hadise, Mahsun Kırmızıgül, Kerem Bursin, Atilla Taş, Sarp Akkayanın da aralarında olduğu incəsənət üzvlərinin cəzalandırılması tələb edilib. Buna səbəb həmin şəxslərin E. Molanın təhqiredici fikirlərinə dəstək olmasıdır.
Qeyd edək ki, aktrisa keçən il intihar edən İpek Erə təcavüz edən Musa Orhanı təhqir edib. O, 12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən M.Orhanın istintaq müddətində sərbəst buraxılması qərarına etiraz edib. Bundan qəzəblənən aktrisa “Təcavüzçü şərəfsizi azad edən vicdanınızda boğulun” statusunu yazıb.
Bundan sonra M.Orhanın vəkili onun barəsində Ankara Cümhuriyyət Prokurorluğuna müraciət edib.
Ankara Cəza Məhkəməsində aktrisanın 2 il 4 aya qədər həbsi istənilib.///qafqazinfo