Gəncədə iki minik maşını toqquşub, xəsarət alanlar var

08:56 - 4 İyun 2021 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 
APA-nın məlumatına görə, “VAZ” markalı minik avtomobili ilə “Chevrolet Cruze” minik maşını toqquşub.

Qəza zamanı 4 nəfər – 1990-cı il təvəllüdlü Qarayev Bəhruz Xanoğlan oğlu, 1990-cı il təvəllüdlü Namazov Əhməd Nurəddin oğlu, 1982-ci il təvəllüdlü Əliquzuyeva Ulduz Dilən qızı və Həsənova Tinatin İbrahim qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti