Ağdam sakini Şəkidə suda boğulub

08:55 - 3 İyun 2021 - HADİSƏ

Şəkidə 35 yaşlı kişi su anbarında boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə iyunun 2-dən 3-nə keçən gecə Şəki rayonu Şorsu kənd inzibati ərazisinin yaxınlığındakı Əyriçay su anbarında baş verib.

1986-cı ildə Ağdam rayonunda anadan olan, hazırda Şəki rayonu ərazisində məskunlaşan Vüsal Sabir oğlu Həsənov suda boğularaq ölüb. V.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti