Bölgələrə işləyən taksilərin qiyməti ucuzlaşıb? - VİDEO

00:14 - 3 İyun 2021 - ÖLKƏ İÇİ

Məlum olduğu kimi rayonlararası ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa aradan qaldırılıb. Çoxları düşünürdü ki, avtobuslar fəaliyyətinə icazə verildikdən sonra takislərə təlabat azalacaq.  Bölgələrə sərnişindaşıma ilə məşğul olan taksilərdə qiymətin düşəcəyi də gözlənilirdi. Amma fərqli mənzərə yaşanır. 

Rayonlararası ictimai nəqliyyatın yenidən fəaliyyətə başlaması bölgələrə sərnişindaşıma ilə məşğul olan taksilərdə qiymətlərə təsir etməyib.
Minik avtomobili ilə rayonlara sərnişin daşıyan taksi sürcüləri deyir ki, əvvəlki günlərlə müqayisədə bölgələrə üz tutanların sayında artım var. Onların sözlərinə görə bu taksilərə təlabatın artmasına səbəb olub. Sürücülər bildirir ki qiymətlərdə dəyişiklik yoxdur.

Minivanla taksi fəaliyyəti göstərən sürücülər isə sərnişin azlığından şikayətlənir. Rayonlara avtobusla gediş-gəlişin bərpa olunması onların işinə təsir etsə də qiymətlər olduğu kimi qalıb.
Taksi və avtobuslar arasında qiymət fərqi olsa da bəzi sərnişinlər mənzil başına daha tez çatmaq üçün kiçik tutumlu nəqliyyat vasitəsinə üstünlük verir.

Qeyd edək ki, ölkədə şəhərlərarası və rayonlararası sərnişin daşıma fəaliyyəti mayın 31-dən bərpa edilib.

Xəbər xətti