Türkiyədə bu gün koronavirusdan 112 nəfər həyatını itirib

22:21 - 2 İyun 2021 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 112 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 150 nəfər test edilib, onların 7181-nin koronavirus testi pozitiv nəticə verib, 7372 nəfər sağalıb, 1213 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 768 nəfər ölüb.
Türkiyədə indiyədək 5 263 697 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 131 453 nəfəri müalicə olunaraq evə buraxılıb.

Xəbər xətti