Bakıda zəncirvari qəza: Üç maşın bir-birinə çırpıldı – Video

23:34 - 1 İyun 2021 - HADİSƏ

Paytaxtın Nizami rayonunda zəncirvari avtomobil qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında qeydə alınıb.

​İlkin məlumata əsasən, qəza “Toyota Prius”, “Hyundai Elantra” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. 

Hadisə yerinə Nizami rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı araşdırılır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Xəbər xətti