Rusiya Türkiyəyə uçuşlara qoyulan qadağanın müddətini uzadır

21:36 - 31 May 2021 - DÜNYA

Rusiya Türkiyəyə tətbiq etdiyi aviaəlaqə məhdudiyyətini iyunun 1-dən sonra da saxlayacaq.

Axar.az xəbər verir ki, bu barədə TASS Operativ Qərargahdakı mənbələrə istinadla məlumat yayıb.
“Türkiyəyə uçuşlara qoyulan qadağanın müddəti uzadıldı”, - məlumatda bildirilib.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar Türkiyədə ilə müntəzəm və çarter uçuşlarının aprelin 15-dən iyunun 1-nə kimi dayandırmışdı.

Xəbər xətti