Neftçalada avtomobillə motosiklet toqquşub, bir qardaş ölüb, digəri xəsarət alıb

17:16 - 31 May 2021 - HADİSƏ

Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, 90 SV 435 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobillə "İJ" markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü - 1989-cu il təvəllüdlü Səmədov Seymur Ağaqulu oğlu və sərnişini olan qardaşı - 1990-cı il təvəllüdlü Səmədov Ağabala Ağaqulu oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki qardaş təcili olaraq Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, Seymur Səmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti