Azərbaycanda şəhərlərarası və rayonlararası sərnişin daşımaları həftəsonları da xidmət göstərəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib:
“Əgər onlar cümə günü yola düşüblərsə, sürücünün istirahəti təmin olunduqdan sonra geri qayıtmalıdırlar və bu zaman geri qayıdarkən sərnişinlə geri qayıtmaq aidiyyatı qurumlar tərəfindən məqbul görülüb. Həftəsonları da şəhər və rayonlararası sərnişin daşıyan avtobuslarda sərnişinlərin hərarəti ölçüləcək, hərarəti olan sərnişinlər tibb məntəqəsinə göndəriləcək”.///olke.az