Goranboyda piyadanın vurulması ilə nəticələn yol-qəzası baş verib.
Hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən rayonun Hazırəhmədli kənd sakini, 1982-ci il təvəllüdlü Bayramova Gülbəniz Ələmşahqızını vurub.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.///apa