Sabirabadda kürəkən qayınatası və qayınanasını bıçaqladı

22:03 - 30 May 2021 - HADİSƏ

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Sabirabad rayonunun Axıska kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Əliyev İlqar Ağakişi oğlu və onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Əliyeva Ziyafət Səməd qızı kürəkənləri tərəfindən bıçaqlanıb. Yaralılar çoxsaylı bıçaq yaraları ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.///Apa

Xəbər xətti