Tovuzda avtomobil iribuynuzlu heyvanları vurub öldürdü – Foto

19:21 - 30 May 2021 - HADİSƏ

Tovuz rayonunda avtomobil bir neçə mal-qaranı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Xatınlı kəndində qeydə alınıb. “Lada Priora” markalı avtomobil kənd yolunda olan bir neçə baş iribuynuzlu heyvanı vuraraq öldürüb. Hadisə nəticəsində mal-qara sahibinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti