Hərbi parad zamanı qırıcı təyyarə qəzaya uğrayıb

09:35 - 30 May 2021 - DÜNYA

Liviya Hərbi Hava Qüvvələrinin “MiG-21” qırıcı təyyarəsi Benqazi şəhərində keçirilən hərbi parad zamanı qəzaya uğrayıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza zamanı qırıcının pilotu Camal ibn Amer ölüb. Qeyd edək ki, tədbirdən bir gün öncə Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Mismari Benin Benqazidəki hərbi nümayişin Liviya tarixindəki ən böyük parad olacağını bildirmişdi.

Xəbər xətti