Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç Bakıya gəlib.
“Qafqazinfo” xəbər verir ki, ifaçı paytaxt restoranlarının birində şou proqramla çıxış edib.
Həmin tədbirdən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, daha bir türkiyəli müğənni Mustafa Ceceli isə iyunun 5-də şou proqramla pərəstişkarlarının qarşısında çıxış edəcək.