İspaniyada türklərin olduğu gəmi batdı - Foto

19:22 - 29 May 2021 - DÜNYA

İspaniyada türklərin olduğu yük gəmisi batıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Barselonadakı konsulluğu məlumat yayıb.
Bildirilir ki, “Nəzmiyə ana” adlı Panama bayraqlı yük gəmisi Kastellon limanında yük qəbul edərkən tarazlığını itirərək çevrilib.

Gəmidə 5-i türk olmaqla, 9 ekipaj üzvü olub. Hadisə zamanı dənizə düşən 22 yaşlı Hindistan vətəndaşı Bhanu Pratao və limanda işləyən 36 yaşlı İspaniya vətəndaşının axtarış-xilasetmə işləri davam etdirilir.
Ekipaj üzvlərinin səhhəti yaxşıdır və türklərin bu gün İstanbula göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, Barselona limanından gələn gəminin Əlcəzairə getməsi planlaşdırılmışdı.

Xəbər xətti