Şamaxıda oğurluğa cəhd göstərən şəxs saxlanıldı

16:42 - 29 May 2021 - HADİSƏ

Şamaxı rayonu ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Səlimbəyli saxlanılıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş E.Səlimbəylidən şəxsi axtarış zamanı “Marqolin” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

 

Xəbər xətti