"20 Yanvar" metrosu yaxınlığında yanğın olub- Foto

15:37 - 29 May 2021 - HADİSƏ

Bakı şəhərinin Nəsimi rayonunda (“20 Yanvar” metrostansiyasına yaxın ərazi) hasara alınmış ərazidə təqribən 1 ha sahədə quru ot və 1 ədəd plastik zibil qutusu yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı ağaclar və digər zibil qutuları yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Metronun "20 Yanvar" stansiyasının yaxınlığında güclü yanğın başlayıb.

Ucnoqta.az xəbər verir ki, "20 Yanvar" metrostansiyası yaxınlığında boş ərazidə yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Xəbər xətti