Mingəçevirdə 7-ci sinif şagirdi məktəbin üçüncü mərtəbəsindən yıxılıb

12:54 - 29 May 2021 - HADİSƏ

Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Texniki Humanitar Liseydə baş verib.
Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.

Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti